Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) İdarə Heyəti adından sizi 20 dekabr 2025-ci il tarixində Bakıda keçiriləcək birinci beynəlxalq konfransımıza dəvət etməkdən böyük şərəf duyuruq.
“Baş ağrısı təbabətində qlobal perspektivlər” mövzusuna həsr olunmuş bu konfransın məqsədi miqren və baş ağrısı pozuntularının müasir elmi yanaşmalar və beynəlxalq əməkdaşlıq əsasında daha dərindən öyrənilməsinə şərait yaratmaqdır. Professor M.Aşinanın molekulyar siqnal yolları ilə bağlı apardığı qabaqcıl araşdırmalar, yeni dərmanların hazırlanmasına zəmin yaratmış, miqrenin patofiziologiyasına yanaşmaları dəyişmiş və bu əlillik yaradan xəstəliyin qlobal yükünün azaldılması istiqamətində hədəfə yönəlik müalicə imkanlarını genişləndirmişdir.
Konfrans çərçivəsində baş ağrılar təbabətində dünyanın aparıcı mütəxəssislər və nüfuzlu yerli həmkarlarımız tərəfindən tarixi yanaşmalar, miqrenin idarə olunması, yeni tövsiyələr və innovasiyalar, həmçinin miqrenin ağırlaşmaları və komorbid xəstəliklər müzakirə olunacaq. Sizin iştirakınız və dəyərli fikirləriniz, baş ağrısı təbabəti sahəsində qlobal dialoqun genişlənməsi və gələcək elmi nailiyyətlərin ilhamlandırılması baxımından bizim üçün olduqca əhəmiyyətlidir.
Sizi Bakıda, elmi fikir mübadiləsi, əməkdaşlıq və baş ağrısı sahəsində elmi mükəmməlliyin qeyd olunacağı zəngin bir gündə görməkdən böyük məmnuniyyət duyarıq.
Qeydiyyat üçün keçid – https://conference.ammib.az/ticket/