Azərbaycan Migren Mütəxəssisləri İctimai Birliyinə üzv olarkən əldə edilən üstünlüklər aşağıdakılardır.
Elmi və peşəkar inkişaf Tədbirlərə (konfranslar, seminarlar, vebinarlar) endirimli və ya pulsuz iştirak imkanı təqdim olunur. Üzvlər təlim materiallarına, yenilənmiş tibbi protokollara və metodiki vəsaitlərə çıxış əldə edirlər. İxtisasartırma proqramlarına öncədən qeydiyyat və xüsusi güzəştlərdən yararlana bilərlər.
Peşəkar şəbəkələşmə Cəmiyyət üzvləri miqren və nevroloji xəstəliklər üzrə ixtisaslaşmış həkimlər və tədqiqatçılarla əlaqə qura, elmi layihələrdə və işçi qruplarda aktiv iştirak edə bilərlər.
Sertifikatlaşdırma və təsdiq İştirak edilən tədbir və təlimlərə dair rəsmi sertifikatlar təqdim olunur. Üzvlük elektron kart və vəsiqə ilə təsdiqlənir.
Sosial və maarifləndirici layihələrdə iştirak Miqren xəstəliyi ilə bağlı ictimai maarifləndirmə kampaniyaları, könüllü aksiyalar və xəstələrə psixoloji və sosial dəstək təşəbbüslərində iştirak hüququ verilir.
Cəmiyyətin üzvlük haqqı – 1 il üçün 100 AZN təşkil edir.