Miqren xroniki nevroloji xəstəliklərə aid edilib təkrarlanan güclü baş ağrısı tutmaları, tutmaların ürəkbulanma, qusma, parlaq işığın və səsin pis keçirilməsi ilə xarakterizə olunur. Bu xəstəlik pasientlərin həyat keyfiyyətini, əmək qabiliyyətini (tam itirilməyə qədər) əhəmiyyətli dərəcədə pozur. Miqren Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən insanın sosial adaptasiyasını ən çox pozan 19 xəstəlik sırasına daxil edilmişdir. Avropanın və Şimali Amerikanın inkişaf etmiş ölkələrində əhalinin 3-16% miqrendən əziyyət çəkir. Miqren daha çox 35-40 yaş əhali arasında rast gəlinir. Buna görə miqrenin diaqnostikasının düzgün təşkili, tutmaların adekvat aradan qaldırılması, profilaktik müalicənin mütəxəssis tərəfindən düzgün idarə olunması mühüm əhəmiyyət kəsb edir. Təqdim olunan “On mərhələdə miqren diaqnozu və miqrenin idarə edilməsi” metodik vəsaiti bu məqsədlə tərtib olunmuş ilk dərgidir və bu sahədə çalışan praktik həkim və elmi işçilərin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Dərgiyə baxmaq üçün toxunun.