Azərbaycan Migren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) missiyası migren və baş ağrıları sahəsində mövcud elmi bilikləri sistemləşdirmək, mütəxəssis icması üçün tədris və tədqiqat imkanları yaratmaq, həmçinin ictimaiyyətin bu xəstəliklər barədə məlumatlılığını artırmaqdır. Bununla yanaşı, biz:
Migrenlə bağlı klinik praktikaların və elmi tədqiqatların inkişafını dəstəkləmək;
Peşəkarlar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək;
Xəstələrə və onların yaxınlarına yönəlik maarifləndirmə fəaliyyətləri həyata keçirmək;
Milli və beynəlxalq standartlara uyğunluqla ölkədə yüksək səviyyəli nevroloji xidmətin formalaşmasına töhfə vermək üçün çalışırıq.